Bakı. TurkicWorld:
Qırğızıstanın “Manas” beynəlxalq aeroportu ilk dəfə olaraq öz vəsaiti hesabına iki ədəd təyyarə alıb.
TurkicWorld-un məlumatına görə, sentyabrın 10-da Brüsseldə Kanadanın De Haviland Aircraft istehsalçısı ilə Dash-8-400 tipli təyyarənin alınması üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.
Bu müqavilənin imzalanmasında “Manas” Beynəlxalq Aeroportunun idarə heyətinin sədri Manasbek Samidinov iştirak edib.
"Bu təyyarələrin alınması Qırğızıstanın mülki aviasiyanın inkişafında mühüm addım olub və ölkədaxili marşrut şəbəkələrinin genişləndirilməsinə və əhatə olunmasına, ölkə daxilində əhaliyə göstərilən aviasiya xidmətlərinin səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”, - deyə o bildirib.
Bundan əlavə qeyd olunub ki, Kanadanın “De Haviland Aircraft” şirkəti gələn ilin may ayında təyyarələri təhvil verəcək.
Məlumat üçün bildirək ki, bu günə qədər Manas Beynəlxalq Aeroportu təyyarələri dövlət vəsaiti hesabına alıb.
Aytac Süleymanova
Twitter: a_alieva_