Son dəqiqə

Türkiyə Qırğızıstan

Qırğızıstan və Türkiyə ombudsmanları əməkdaşlıq müqaviləsi imzalayıblar

Bakı. TurkicWorld:

Qırğızıstan və Türkiyə ombudsmanları əməkdaşlıq müqaviləsi imzalayıblar.

TurkicWorld-un məlumatına görə, Qırğızıstan İnsan Hüquqları üzrə Müvəkkili Akıykatçı Camilya Camanbayeva və Türkiyə Ombudsmanı Şeref Malkoç insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq sazişi imzalayıblar.

İmzalanma mərasimi Qırğız Respublikası Ombudsmanının baş aparatının binasında baş tutub.

Belə ki, anlaşma memorandumu Qırğızıstan və Türkiyənin ombudsman təsisatları arasında insan hüquqlarının müdafiəsi üzrə ümumi qəbul edilmiş prinsiplərə və beynəlxalq standartlara uyğun əməkdaşlığı nəzərdə tutur.

Tədbirin sonunda ombudsmanlar, həmçinin hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı məlum hallar barədə bir-birini vaxtında məlumatlandırmaq, vətəndaşlarla birgə qəbullar təşkil etmək, habelə hüquq və azadlıqlarının bərpasına töhfə vermək barədə razılığa gəliblər.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər