Bakı. TurkicWorld:
Qırğızıstan və Belarus sənaye, nəqliyyat və logistika üzrə işçi qruplar yaradacaq.
TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakit Torobayev və Belarus Baş nazirinin müavini Anatoli Sivakın görüşü zamanı əldə edilib.
Məlumata əsasən, işçi qruplar Qırğızıstan-Belarus hökümətlərarası komissiya çərçivəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, işçi qrupların yaradılmasında məqsəd birgə infrastruktur və əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Ləman Əsədli
Twitter: Lamanasadli01