Son dəqiqə

Türkmənistan Qırğızıstan

Qırğızıstan Türkmənistandan 2 milyard kilovata yaxın elektrik enerjisi idxal etməyi planlaşdırır

Bakı. TurkicWorld:

Qırğızıstan Türkmənistandan 1,7 milyard kilovat elektrik enerjisi idxal etməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, 2024-cü ildə Qırğızıstan Türkmənistandan 1,7 milyard kilovat elektrik enerjisi idxal etməyi planlaşdırır. Bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbraev bildirib.

Qırğızıstan hazırda elektrik enerjisini Türkmənistan və Rusiyadan alır.

“Planlaşdırdığımız kimi, Rusiya ilin sonuna qədər bizə təxminən 1,5 milyard kilovat enerji verəcək. 1,6 milyard kilovat isə Türkmənistandan gələcək. Gələn il Türkmənistandan 1,7 milyard idxal etməyi planlaşdırırıq”,- deyə nazir qeyd edib.

İbrayev vurğulayıb ki, avqustun 1-dən Qırğızıstanın enerji sektorunda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Böhranlı vəziyyət istehsal gücünün olmamasından irəli gəlir.

“Hər il elektrik enerjisi istehlakında artım var. Əgər 2022-ci ildə təxminən 16 milyard kilovatsa, bu il 17,3 milyard kilovat olacaq. İqtisadiyyat inkişaf edir, bu o deməkdir ki, elektrik enerjisi istehlakı da artır. Gələn il bizə 17,55 milyard kilovat lazımdır. 2025-ci ilə qədər isə 17,8 mlrd. Bu, hər il artmaqda davam edəcək”,- deyə nazir əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər