Qırğızıstanın üç mədəni irs obyekti YUNESKO-nun siyahısına daxil edilib

Qırğızıstanın üç mədəni irs obyekti YUNESKO-nun siyahısına daxil edilib

Bakı, TurkicWorld:

Qırğızıstanın "Ak-Kalpak" baş geyimi, "Kök-boru" və Dünya Köçəri Oyunları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

TurkicWorld xəbər verir ki, YUNESKO-nun baş direktoru Odre Azule sertifikatları təqdim etmək üçün Qırğızıstanın paytaxtı Bişkekdə olub.

Qeyd edək ki, "Ak-Kalpak" Qırğızıstanda dağları və saflığı simvolizə edən milli baş geyimidir.
Ənənəvi "Kök-boru" oyunu qədim zamanlarda gənclərin hərbi təliminə daxil edilib, indi isə əyləncə xarakteri daşıyır.
Qırğızıstanın Dünya Köçəri Oyunları incəsənətdən qastronomiyaya və ənənəvi idmana növlərinə qədər bir çox fəaliyyətləri özündə birləşdirir. Bu oyun ilk dəfə 2014-cü ildə keçirilib və 19 ölkədən 600-ə yaxın iştirakçını bir araya gətirib.

Xatırladaq ki, daha öncə 2009-cu ildə Qırğızıstanın Süleyman-Too müqəddəs dağı, 2014-cü ildə Böyük İpək Yolu, Çanqan-Tyan-Şan dəhlizinin marşrut şəbəkəsi və 2016-cı ildə Qərbi Tyan-Şan dağları YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Ləman Əsədli
Lamanasadli01