Qazaxıstan və BƏƏ Xəzər dənizindən neft nəqli üçün tankerlərin sayının artırır

Qazaxıstan və BƏƏ Xəzər dənizindən neft nəqli üçün tankerlərin sayının artırır

Bakı, TurkicWorld:

Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri Xəzər dənizindən neft nəqli üçün tankerlərin sayının artırır.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Qazaxıstanın “Kazmunaigaz” neft-qaz şirkətinin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev və Ərəbistanın “AD Ports Group” şirkətinin baş icraçı direktoru Mohamed Juma Al Shamisi arasında danışıqlar zamanı əldə edilib.

Məlumata əsasən, nümayəndələr görüş çərçivəsində bu ilin fevral ayından rəsmi qeydiyyatdan keçmiş və fəaliyyət göstərən “Caspian Integrated Maritime Solutions” (CIMS) birgə müəssisəsinin inkişaf strategiyasını müzakirə ediblər.

Bundan əlavə, tərəflər Xəzər və Qara dəniz vasitəsilə neft nəqli üçün birgə müəssisənin tankerlərinin sayının artırılması barədə müzakirələr aparıblar.