Qazaxıstan Quru və Hava Hücum Qüvvələrinin Snayper Batalyonu yarışı keçirilib

Qazaxıstan Quru və Hava Hücum Qüvvələrinin Snayper Batalyonu yarışı keçirilib

Bakı. TurkicWorld:

Qazaxıstan Silahlı Qüvvələrində ən yaxşı snayper batalyonu müəyyənləşib.

TurkicWorld-un məlumata görə, ölkənin Quru və Hava Hücum Qüvvələrinin Snayper Batalyonu yarışı 2023-cü tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq keçirilib.

Silahlı Qüvvələrin poliqonlarında və təlim mərkəzlərində qoşunların şəxsi heyəti, o cümlədən əsgərlər standart atəş hazırlığı və hərbi topoqrafiya, habelə standart silahlardan və atıcı silahlardan nəzarət-tədris atəşi tapşırıqlarını yerinə yetiriblər.

Məlumat üçün qeyd edək ki, qaliblər iki kateqoriya üzrə seçilib:

Birincisi: mexanikləşdirilmiş, tank, hava-desant və hücum briqadaları ilə dəniz briqadasının mexanikləşdirilmiş, tank, hava-desant və hücum batalyonları arasında.

İkincisi: mexanikləşdirilmiş, zirehli, hücum briqadası və dəniz briqadasının zirehli batalyonları arasında olub.