Qazaxıstan "Soyuz MS-22" pilotsuz kosmik gəmisini sabah yerə endirməyə hazırlaşır

Qazaxıstan "Soyuz MS-22" pilotsuz kosmik gəmisini sabah yerə endirməyə hazırlaşır

Bakı. TurkicWorld:

Qazaxıstan "Soyuz MS-22" pilotsuz kosmik gəmisini 28 Mart 2023-cü ildə yerə endirməyə hazırlaşır.

TurkicWorld xəbər verir ki, zədələnmiş "Soyuz MS-22" kosmik gəmisinin sabah, 28 mart 2023-cü ildə Yerə enməsi planlaşdırılır.

“Soyuz MS-22” kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyanın Rusiya seqmentindəki “Rassvet” modulundan yola düşməsi Astana vaxtı ilə saat 15:57-də baş tutacaq.

Eniş aparatı isə 17:45-də Jezkazqan şəhərinin cənub-şərqinə enəcək.

Məlumat üçün qeyd edək ki, 2022-ci il sentyabrın 21-də Baykonur Kosmodromundan kosmosa buraxılan “Soyuz MS-22” nəqliyyat pilotlu kosmik gəmisi rus kosmonavtları Sergey Prokopyev, Dmitri Petelin və amerikalı astronavt Frank Rubionun olduğu beynəlxalq ekipajla bu ilin martında Yerə qayıtmalı idi. Lakin 2022-ci il dekabrın 15-də kosmik gəminin xarici soyutma sisteminin dövrəsində təzyiq itkisindən sonra dövlət komissiyası gəmini pilotsuz rejimə qaytarmaq qərarına gəlib.

Ekipajı Yerə qaytarmaq üçün 2023-cü il fevralın sonunda BKS-ə boş Soyuz MS-23 kosmik gəmisi göndərilib.