Son dəqiqə

Qazaxıstan Astana Seçki prosesi

Kurultay deputatlarının seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlanıb

BAKI, TurkicWorld

Kurultay deputatlarının seçkilərində saat 10:00-a olan seçici fəallığı açıqlanıb.

TurkicWorld xəbər verir ki,Trend-in Astanadakı müxbirinin verdiyi məlumata görə, göstəricilər Qazaxıstanın Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunub.

Paytaxtın, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin ərazi seçki komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, saat 10:00-a olan vəziyyətə görə regionlar üzrə seçici fəallığı aşağıdakı kimi olub:

  • Astana şəhəri – 17,01%

  • Abay vilayəti – 17,35%

  • Akmola vilayəti – 18,91%

  • Aktöbə vilayəti – 20,28%

  • Almatı vilayəti – 17,19%

  • Atırau vilayəti – 18,75%

  • Qərbi Qazaxıstan vilayəti – 17,97%

  • Jambıl vilayəti – 18,25%

  • Jetısu vilayəti – 20,87%

  • Karaqanda vilayəti – 21,06%

  • Kostanay vilayəti – 17,92%

  • Qızılorda vilayəti – 22,91%

  • Manqistau vilayəti – 16,92%

  • Pavlodar vilayəti – 15,98%

  • Şimali Qazaxıstan vilayəti – 17,52%

  • Türküstan vilayəti – 20,39%

  • Ulıtau vilayəti – 19,41%

  • Şərqi Qazaxıstan vilayəti – 19,93%

  • Almatı şəhəri – 9,96%

  • Şımkent şəhəri – 20,39%

Ümumilikdə ölkə üzrə saat 10:00-a qədər 2 264 411 seçici səsvermə bülleteni alıb ki, bu da səsvermə siyahılarına daxil edilmiş seçicilərin 17,96%-ni təşkil edir.

Seçki məntəqələrinə gələn seçicilərin fəallığı ilə bağlı növbəti məlumat saat 12:00-da təqdim olunacaq.

Qeyd edək ki, bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Mövzuya görə xəbərlər