Son dəqiqə

Qazaxıstan Air Astana Astana

Air Astana təyyarəsi texniki nasazlıq səbəbindən Pekinə məcburi eniş etdi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Air Astana aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Çində məcburi eniş edib.

TurkicWorld xəbər verir ki, 8 yanvar 2026-cı il tarixində Seul–Astana marşrutu üzrə həyata keçirilən KC210 reysi Pekin hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

Bildirilib ki, təyyarə havaya qalxdıqdan təxminin 2 saat sora Pekində təhlükəsiz şəkildə eniş edib.

Viza tələbi olmayan sərnişinlərin böyük hissəsi mehmanxanaya yerləşdirilib. Çin vizası olmayan digər sərnişinlər isə tranzit zonada saxlanılıb və onlar qidalanma, içkilər və örtüklərlə təmin olunublar.

Air Astana yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Mövzuya görə xəbərlər