Son dəqiqə

Qazaxıstan Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı (TDT)

Qazaxıstan “Şimal-Cənub” marşrutu üzrə beynəlxalq nəqliyyat əlaqəliliyinin inkişaf etdirilməsində maraqlıdır - Tokayev

Budapeşt. TurkicWorld:

Orta dəhlizin potensialının açılması üçün “Şimal-Cənub” marşrutu üzrə beynəlxalq nəqliyyat əlaqəliliyinin inkişaf etdirilməsində maraqlıyıq.

TurkicWorld xəbər verir ki, bunu Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev TDT-nin Budapeştdə keçirilən qeyri-rəsmi zirvə toplantısında çıxışı zamanı deyib.

“Həmin layihə regional tranzit qovşaq olaraq türk dövlətlərinin rolunu əhəmiyyətli şəkildə artırmış olacaq.Bu Yaxın Şərq, Afrika və Cənubi Asiya ilə ticarəti asanlaşdıracaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu təşəbbüs çərçivəsində Qazaxıstan-Çin sərhədində üçüncü dəmir yolu keçid məntəqəsinin açılması da planlaşdırılır.

“Beləliklə, biz nəqliyyat sahəsində inteqrasiya çərçivəsində Böyük İpək Yolunu müasirləşdiririk. Eyni zamanda, Qərb və Şərqi bir-birinə daha da yaxınlaşdırırıq. Bütün ölkələr bu prosesdən faydalanacaqlar,” – Qazaxıstanın dövlət başçısı əlavə edib.

Mövzuya görə xəbərlər