Son dəqiqə

Qazaxıstan Antonio Quterreş

BMT Baş katibi Qazaxıstanda səfərdədir

Bakı, TurkicWorld

BMT-nin Baş katibi Antonio Quterreş Qazaxıstanda səfərdədir.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin Almatı nümayəndəliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bu, Qazaxıstana vacib səfərin başlanğıcıdır.

Quterreş Qazaxıstanın daxili işlər nazirinin birinci müavini Akan Raxmetullin, Qazaxıstanın BMT yanındakı daimi nümayəndəsi Kayrat Umarov və BMT-nin Qazaxıstandakı daimi əlaqələndiricisi Mikaela Friberq-Stori tərəfindən qarşılanıb.

Mövzuya görə xəbərlər