Son dəqiqə

Qazaxıstan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Astana

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

Astana, TurkicWorld

4 iyul 2024-cü ildə Astana şəhərinin Müstəqillik Sarayında Qazaxıstan Respublikasının sədrliyi altında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏ-in Baş katibi və regional ŞƏT antiterror strukturunun icraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Komissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv dövlətlərin rəhbərlərinin Şurasının İclası" və "ŞƏT+" iclası formatında keçirilir.

Mövzuya görə xəbərlər