Bakı,TurkicWorld:
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev KTMT-nin baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.
TurkicWorld xəbər verir ki, görüşdə Qazaxıstanın sədrliyi dövründə Təşkilatın əsas vəzifələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tokayev görüşdə regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün digər beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Tasmaqambetov isə öz növbəsində Tokayevə KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabr sessiyasının qərarlarının həyata keçirilməsi üçün Qazaxıstanın təşəbbüsü ilə qəbul edilmiş Fəaliyyət Planının icrasının gedişi barədə məlumat verib.
Bundan əlavə görüşdə, KTMT-nin Qazaxıstanda keçirəcəyi təlimlərə hazırlıq məsələləri də müzakirə olunub.