Son dəqiqə

Avropa İttifaqı Qazaxıstan

Qazaxıstan və Aİ arasında uçuş məhdudiyyətləri aradan qaldırılıb

Bakı, TurkicWorld:

Qazaxıstandan Avropa İttifaqı (Aİ) ölkələrinə uçuşlara qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının nəqliyyat nazirinin müavini Talqat Lastaevin başçılıq etdiyi Qazaxıstanın aviasiya hakimiyyətinin nümayəndə heyəti Avropa Komissiyasının Uçuşların Təhlükəsizliyi Komitəsinin iclasında ölkədə uçuşların təhlükəsizliyinin cari vəziyyəti haqqında məlumat verərkən bildirib.

Məlumata əsasən, Aİ-yə üzv olan 27 dövlətin qəbul etdiyi qərara əsasən, uçuşların təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli irəliləyiş nəzərə alınaraq, Qazaxıstan və Qazaxıstan aviadaşıyıcılarından Avropa İttifaqı ölkələrinə uçuşlara qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıb.

Qeyd edək ki, ümumilikdə, Aİ ekspertləri uçuş əməliyyatları sahəsində sertifikatlaşdırma, nəzarət sisteminin səmərəli fəaliyyətində, uçuşa yararlılığın saxlanılması, aviasiya personalının təlimi və lisenziyalaşdırılmasında əhəmiyyətli irəliləyişləri vurğulayıb.

Mövzuya görə xəbərlər