Bu gün Qazaxıstanda ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşü olacaq

Bu gün Qazaxıstanda ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin görüşü olacaq

Bakı, TurkicWorld:

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclası olacaq.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, tədbir Qazaxıstanın ŞƏT-də sədrliyi çərçivəsində keçirilir.

İclasda Hindistan, İraq, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirləri iştirak edəcək.

Bundan başqa, görüşə ŞƏT-in baş katibi, ŞƏT-in RATS İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə naziri də dəvət olunub.