Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

Astana. TurkicWorld:

Aprelin 26-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"İclasda ŞƏT-ə üzv dövlətlərin müdafiə idarələrinin rəhbərlərinin, onun baş katibinin, təşkilatın Regional Antiterror Qurumu İcraiyyə Komitəsinin direktoru və Belarusun müdafiə nazirinin iştirakı gözlənilir", - məlumatda deyilir.