Son dəqiqə

Qazaxıstan Rusiya Suriya Astana

Suriya üzrə 22-ci Beynəlxalq Toplantı Astanada keçiriləcək

Bakı. TurkicWorld:

Suriya üzrə 22-ci Beynəlxalq Toplantı 2024-cü ilin ikinci yarısında Astanada keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası xarici işlər nazirinin müavini Alibek Bakaev bildirib.

Məlumata əsasən, Suriya üzrə 21-ci beynəlxalq görüşün yekunlarına dair birgə bəyanatı oxuyan tərəflər növbəti görüşün 2024-cü ilin ikinci yarısında Astanada keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, 24 yanvar tarixində Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həlli üçün Türkiyə, Rusiya və İranın qarantiyası ilə qurulan Astana formatında Suriya danışıqlarının 21-cisi başlayıb.

Astanada 21-ci dəfə keçirilən danışıqlar çərçivəsində Türkiyə nümayəndə heyəti, Rusiya və BMT nümayəndə heyətləri ilə ilk ikitərəfli görüşünü keçirib.

İki gün davam edəcək görüşlərdə nümayəndə heyətləri Suriya ətrafında regional vəziyyətin dəyişməsi, Suriyada hərtərəfli həll istiqamətində səylər, humanitar vəziyyət və Suriyanın yenidən qurulmasının asanlaşdırılması üçün beynəlxalq ictimaiyyətin səfərbər olunması kimi məsələləri müzakirə edəcəklər.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər