Qazaxıstan Yaponiya Mərkəzi Asiya

Qazaxıstanda Mərkəzi Asiya-Yaponiya sammiti keçiriləcək ​

Bakı. TurkicWorld:

2024-cü ildə Mərkəzi Asiya ölkələri Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Yaponiya dialoq platformasının yaradılmasının 20-ci ildönümünə təsadüf edən “5+1” formatında ilk sammit keçirəcək.

TurkicWorld-un məlumatına görə, bu məsələ noyabrın 20-də Tokioda Qırğızıstan prezidenti Sadır Japarov və Yaponiyanın baş naziri Fumio Kişida arasında keçirilən görüşlərdə müzakirə olunub. Tərəflər sammitə hazırlıqda birgə işləmək barədə razılığa gəliblər.

“Regionumuz faydalı qazıntılarla zəngin olduğundan, sammitdə təbii sərvətlərin birgə işlənməsinə dair danışıqlar aparılacaq. Həmçinin birgə logistik mərkəzlərin yaradılması ilə bağlı müzakirələr aparılacaq",- deyə Sadır Japarov bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər