Son dəqiqə

Qazaxıstan Cənubi Koreya

Qazaxıstan Cənubi Koreyaya yük tranzitini artıracaq

Bakı. TurkicWorld:

Qazaxıstan Cənubi Koreyaya Transxəzər beynəlxalq nəqliyyat marşrutu vasitəsilə yük tranzitini artıracaq.

TurkicWorld-un məlumatına görə, iki ölkə arasındakı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə əsas tranzit və nəqliyyat qovşaqlarının infrastrukturunun inkişafı ilə sıx bağlıdır.

Transxəzər beynəlxalq nəqliyyat marşrutu və Çinin Lianyunqanq limanındakı Qazaxıstan terminalı Avropa ilə Asiya, Mərkəzi və Şərqi Asiya arasında əməkdaşlıq baxımından strateji əhəmiyyət kəsb edir.

"Bu kontekstdə Nurtleu, Qazaxıstanın Aktau və Kurık ekoportlarının istifadəsi ilə Orta Dəhlizin tutumu 2030-cu ilə qədər tədricən 500 min konteynerə qədər genişləndiriləcək. Bu addım Şərqi Asiyadan Avropaya konteynerlərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Cənubi Koreyaya Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yükdaşımaların tranzitini artırmağı, habelə nəqliyyat gəmilərinin birgə tikintisində və logistika qovşaqlarının yaradılmasında iştirak etməyi təklif edirik”,- deyə Qazaxıstanın xarici işlər naziri bildirib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər