Son dəqiqə

Fransa Qazaxıstan Çin Rusiya Kasım-Jomart Tokayev Cənubi Koreya atom elektrik stansiyası

Qazaxıstanda nüvə texnologiyası üzrə potensial təchizatçıların ilkin seçimi aparılır

Bakı. TurkicWorld:

Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı nüvə texnologiyası üzrə potensial təchizatçıların ilkin seçimi aparılır.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının energetika naziri Almasadam Satkaliyev açıqlama verib.

Almasadam Satkaliyev bildirib ki, Fransa, Çin, Rusiya və Cənubi Koreya şirkətləri də daxil olmaqla dörd potensial təchizatçı var.

Onun sözlərinə görə, nazirlik amerikalı həmkarlarının kiçik modul reaktorların tikintisi ilə bağlı iki təklifini də nəzərdən keçirir.

Qeyd edək ki, Qazaxıstan Respublikasının prezidenti Kasım - Jomart Tokayev sentyabr ayında Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı qərar vermək üçün ümumxalq referendumu üçün çağırış edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər