Qazaxıstan və Misir qarşılıqlı 14 günlük vizasız rejim tətbiq edəcək

Qazaxıstan və Misir qarşılıqlı 14 günlük vizasız rejim tətbiq edəcək

Bakı TurkicWorld

Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri Asxat Oralov Misir Ərəb Respublikasının Qazaxıstandakı səfiri Manal Elşinnavi ilə görüşüb.

TurkicWorld xəbər verir ki, onlar mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Manal Elşinnavi Misirin qazaxıstanlı turistlər üçün üçüncü ən populyar ölkə olduğunu qeyd edib və qarşılıqlı 14 günlük vizasız rejimin tətbiqində maraqlı olduğunu bildirib.

“Biz bu məsələ üzərində işləyəcəyik. Qazaxıstanın Misirdən gələn qonaqlara ölkəmizin turizm sektorunda investisiya layihələri ilə bağlı yeni təklifləri olacaq”, - deyə A.Oralov yekunlaşdırıb.

Mehriban Xəlilli

@MXalilbekova