Bakı.Trend:
Gürcüstanda qanunsuz miqrantlara qarşı keçirilən növbəti reydlər nəticəsində 48 əcnəbi saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, saxlanılanlar arasında Türkiyə, Kuba, İraq, Nigeriya, İordaniya, Çin, Hindistan, Pakistan, Vyetnam, Azərbaycan və Rusiya vətəndaşları var.
Qanunsuz miqrantlar restoranlarda, hotellərdə və digər obyektlərdə aparılan miqrasiya yoxlamaları zamanı aşkarlanıblar.
İlin əvvəlindən bəri Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya edilib. Bu, 2025-ci ilin bütün dövrü ilə müqayisədə təxminən 2,5 dəfə çoxdur.