...

İstanbulda zəlzələnin baş vermə anı (VİDEO)

Hadisə Digər xəbərlər 23 Noyabr 2022 10:27
TurkicWorld Daspina Hasanova
İstanbulda zəlzələnin baş vermə anı (VİDEO)

Bakı. TurkicWorld:

Türkiyənin Düzcə vilayətində baş verən 5,9 bal gücündə zəlzələ İstanbulda da hiss edilib.

TurkicWorld bu barədə Demirörən Xəbər Agentliyinə (DHA) istinadən xəbər verir.

Sarsıntını hiss edən istanbullular qorxu içində küçələrə çıxıblar. Həmin anlar görüntülərdə öz əksini tapıb.

Xatırladaq ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın "Twitter" hesabında verdiyi məlumata görə, Türkiyənin Düzce vilayətində baş verən güclü zəlzələ nəticəsində 32 nəfər yaralanıb. Zəlzələ bir çox şəhərlədə hiss olunub. Hazırkı məlumat görə, yaralıların sayı Düzcədə 32, İstanbulda 1, Zonquldakda 1, Boluda 1 olmaqla ümumilikdə 35 nəfərdir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti