Son dəqiqə

Bakı Ağır Cinayətlər Məhkəməsi

Vətənə xəyanətdə təqsirləndirilən şəxsə 17 il cəza verildi

Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində vətənə xəyanətdə təqsirləndirilərək həbs edilən Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 17 il azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə S. Səlimov 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Mövzuya görə xəbərlər