Naxçıvan İran Baş prokurorluq İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İran-İsrail müharibəsi

İranın Naxçıvana dron hücumu səbəbindən təyyarə Bakıya geri qayıdıb

BAKI,TurkicWorld

Xəbər verildiyi kimi, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum nəticəsində mülki infrastruktur obyektinə, yəni Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub, eləcə də hava limanı xidmətlərinin işi qəsdən qanunsuz olaraq pozulub.

TurkicWorld xəbər verir ki, bu barədə məlumat Baş Prokurorluğun rəsmi açıqlamasında əksini tapıb.

Bildirilir ki, baş verən hadisə səbəbindən Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan mülki hava gəmisi havada olarkən təhlükəsizlik məqsədilə Bakı şəhəri istiqamətində geri qayıtmağa məcbur olub.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər