Naxçıvan İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İsrail-İran atəşkəsi İsrail-İran münaqişəsi İran-İsrail müharibəsi İran–İsrail gerilimi tırmanıyor

Naxçıvan aeroprotuna düşən dronun qalıqları

BAKI, TurkicWorld

Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib.

Dron qalıqlarının videosunu təqdim edirik.


Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.

İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb, İran tərəfinə kəskin etiraz bildirilib.

Mövzuya görə xəbərlər