BAKI, TurkicWorld
İsveçrənin Krans-Montana kurortunda barda baş verən yanğın nəticəsində ölənlərin sayı 41-ə çatıb.
TurkicWorld xəbər verir ki, məlumatı "Blick" qəzeti yayıb.
Qəzetin məlumatına görə, 18 yaşlı İsveçrəli qadın yanvarın 31-də Sürix xəstəxanasında yanıqlardan vəfat edib.
Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İsveçrənin mərkəzindəki məşhur xizək kurortu Krans-Montanadakı Le Constellation barında yanğın baş verib. Yanvarın 2-də polis 40 nəfərin ölümünü təsdiqləmiş və 119 nəfərin yaralandığını bildirmişdi.







