BAKI, TurkicWorld
İspaniyada iki yüksək sürətli qatarın relsdən çıxması nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bundan əvvəl rəsmi itki sayı 40 göstərilirdi. Dəmiryolu qəzasının baş verdiyi ərazidə dağıntılar arasında axtarış tədbirləri davam etdirilir.
Ağır dəmir yolu-nəqliyyat hadisəsi yanvarın 18-də Adamus yaşayış məntəqəsi yaxınlığında (Əndəluz muxtar bölgəsində) qeydə alınıb. Malaqadan Madridə hərəkət edən və təxminən 300 sərnişin daşıyan Iryo şirkətinə məxsus qatar relsdən çıxaraq qonşu relslərə keçib. Həmin relslərlə Madridən Uelvaya istiqamətlənən “Renfe” operatoruna aid başqa bir qatar hərəkətdə olub. Nəticədə ikinci qatar da relsdən çıxıb. Hadisənin səbəbləri hələlik məlum deyil.







