Son dəqiqə

ANAMA Cəbrayıl rayonu mina

ANAMA əməkdaşı minaya düşüb

Bakı. TurkicWorld:

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndində mina partlayışı baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Agentliyin əməkdaşı, 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışına məruz qalıb.

Hadisə nəticəsində Heydər Xankişiyevin sağ ayağının topuq nahiyyəsi amputasiya olunub. O, dərhal rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Mövzuya görə xəbərlər