Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Bakı. TurkicWorld:

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çex Respublikasının vətəndaşı ilə bağlı araşdırma davam edir.

TurkicWorld xəbər verir ki, faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarını Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çex Respublikasının Azərbaycandakı səfirliyinə məlumat verilib.

Qeyd edək ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çex vətəndaşı Azərbaycanda saxlanılıb. O, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.