Bakı. TurkicWorld:
Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan qadın həbs edilib.
TurkicWorld xəbər verir ki, Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.
Onun barəsində ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin hazırlıq iclası aprelin 15-nə təyin edilib.