Tərtərdə 37 yaşlı şəxs minaya düşüb

Tərtərdə 37 yaşlı şəxs minaya düşüb

Bakı. TurkicWorld:

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən TurkicWorld-a bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.