Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb

Bakı. TurkicWorld:

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən TurkicWorld-a verilən məlumata görə, Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

xxx

22:42

Sumqayıt dəmir yolu vağzalında yanğın baş verib.

TurkicWorld xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.