Bakı. TurkicWorld:
Ötən gün Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər, o cümlədən, fərdi yaşayış evləri və həyətyanı sahələr subasmaya məruz qalıb.
FHN-dən TurkicWorld-a verilən məlumata görə, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən Qaraqoyunlu kəndində subasmaya məruz qalmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.