Son dəqiqə

Bərdə Fövqəladə Hallar Nazirliyi

Bərdədə bəndin daşması ilə yaranan vəziyyətin nəticələri aradanan qaldırılıb - FHN-nin Mərkəz rəisi

Bakı. TurkicWorld:

Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin daşması ilə yaranan vəziyyətin nəticələri aradanan qaldırılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyizov deyib.

“Fövqəladə Hallar Nazirliyinin “112” Zəng Mərkəzinə Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin yarılması və ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Daxil olunan məlumatla Qarabağ Regional Mərkəzinin, Aran Regional Mərkəzinin, Gəncə Regional Mərkəzinin yanğından mühafizə xidmətinin, Kiçik Gəlimələr Nəzarət və Sularda Xilasetmə Xidmətinin müvafiq qüvvələri aidiyyatı qurumlarla birgə hadisə yerinə cəlb olunublar. Görülən işlərlə hadisənin nəticələri aradan qaldırlıb”, - deyə o bildirib.

Onun sözlərinə görə, hal-hazırda kanalın dağıntıya məruz qalmış hissəsində bərpa işləri görülür. Mərkəz rəisi bildirib ki, kəndə yerləşən 30 ev subasmaya məruz qalıb. M.Feyizov əlavə edib ki, subasmaya məruz qalan ərazilərdə xilasetmə əməliyyatları davam edir.

Mövzuya görə xəbərlər