BAKI,TurkicWorld
Bu ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 8 milyon 389,5 min ton təşkil edib.
TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 925,2 min ton və ya 9,9% azdır.
Belə ki, 2025-ci ilin yanvar-aprel aylarında BTC ilə 9 milyon 314,7 min ton neft nəql edilmişdi.
Dövr ərzində ümumi nəqletmənin 77,0 faizi BTC ilə ötürülüb. Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini (6 milyon 914,3 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini (1 milyon 475,2 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.







