Son dəqiqə

Brent Dated neft FOB CIF URALS Azeri Light

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Bu həftə “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Urals” (EX NOVO) xam neft markalarının orta qiymətlərində azalma, “Dated Brent” markalı xam neftin orta qiymətində isə artım qeydə alınıb.

TurkicWorld xəbər verir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,66 ABŞ dolları və ya 2,46 faiz azalaraq, bir barelə görə 65,90 ABŞ dolları təşkil edib.

Həftə ərzində maksimum qiymət bir barelə görə 67,04 ABŞ dolları, minimum qiymət isə 64,80 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin orta qiyməti bir barelə görə 65,42 ABŞ dolları olub ki, bu da əvvəlki həftənin göstəricisindən 1,61 dollar və ya 2,46 faiz azdır. Həftə ərzində maksimum qiymət 64,96 dollar, minimum isə 62,68 dollar təşkil edib.

“Urals” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 5,41 dollar və ya 10,8 faiz azalaraq, bir barelə görə 44,65 ABŞ dolları olub. Həftə ərzində maksimum qiymət 46,71 dollar, minimum isə 43,30 dollar təşkil edib.

“Dated Brent” markalı neftin orta qiyməti bir barelə görə 63,76 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,46 dollar və ya 0,73 faiz çoxdur. Həftə ərzində bu markalı xam neftin bir barelə görə maksimum qiyməti 64,44 dollar, minimum qiyməti isə 62,84 dollar olub.

Neft / tarix

24.10.2025

25.10.2025

26.10.2025

27.10.2025

28.10.2025

Orta qiymət

Azeri LT CIF

$67,04

$64,80

$65,28

$66,05

$66,34

$65,90

Azeri Light FOB Ceyhan

$64,96

$62,68

$63,17

$63,97

$64,29

$63,81

Urals (EX NOVO)

$46,71

$44,85

$44,31

$44,07

$43,30

$44,65

Dated Brent

$63,67

$62,84

$63,55

$64,28

$64,44

$63,76

Mövzuya görə xəbərlər