BAKI, TurkicWorld
Dünya enerji bazarında neftin qiyməti artıb.
TurkicWorld xəbər verir ki, Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel fyuçerslərinin qiyməti 28.3% artaraq 116,57 ABŞ dollarına yüksəlib.
Məlumata görə, "Brent" markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 09:00-da 27,6% artaraq 118,43 dollara kimi yüksəlib.
Ümumilikdə, qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginliklə əlaqədar enerji infrastrukturuna mümkün təhlükələrlə bağlıdır.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.


