Bakı. TurkicWorld:
Qlobal neft və digər maye karbohidrogenlərin hasilatının 2026-cı ildə gündəlik 0,73 milyon barel artaraq 106,31 milyon bareldən 107,04 milyon barelə çatacaq.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) "Qısamüddətli enerji perspektivi" adlı hesabatının mart ayı üzrə açıqladığı məlumatında qeyd edilib.
Əvvəlki hesabatda isə hasilatın gündəlik 1,56 milyon barel artacağı və 106,29 milyon bareldən 107,85 milyon barelə yüksələcəyi proqnozlaşdırılırdı. Beləliklə, hasilat artım tempi üzrə proqnoz iki dəfədən çox azaldılıb.
Rüblər üzrə qurumun hasilat proqnozuna nəzər saldıqda, 2026-cı ilin birinci rübündə qlobal neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 105,14 milyon barel, ikinci rübdə gündəlik 105,78 milyon barel, üçüncü rübdə gündəlik 108,25 milyon barel, dördüncü rübdə isə gündəlik 108,92 milyon barel olacağı proqnozlaşdırılır.
Bununla yanaşı, 2027-ci il üçün proqnoz əhəmiyyətli dərəcədə artırılıb — gündəlik artım gözləntisi 0,9 milyon bareldən 2,57 milyon barelə yüksəldilib. EIA-nın yeni qiymətləndirməsinə görə, 2027-ci ildə dünyada maye karbohidrogenlərin hasilatı gündəlik 109,61 milyon barel təşkil edəcək.
EİA-nın proqnozlarına əsasən, 2027-ci ilin ilk rübündə qlobal neft və digər maye karbohidrogenlərin hasilatının gündəlik 108,85 milyon barel, ikinci rübdə gündəlik 109,34 milyon barel, üçüncü rübdə gündəlik 109,86 milyon barel, dördüncü rübdə isə gündəlik 110,37 milyon barel olacağı proqnozlaşdırılır.



