Son dəqiqə

neft

Azərbaycan nefti bahalaşıb

Bakı,TurkicWorld

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,93 ABŞ dolları və ya 2,39 faiz artaraq bir barel üçün 125,42 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3 ABŞ dolları və ya 2,68 faiz artaraq 115,12 ABŞ dolları təşkil edib.

"Urals" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,21 ABŞ dolları və ya 2,45 faiz artaraq bir barel üçün 92,21 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,09 ABŞ dolları və ya 0,91 faiz artaraq bir barel üçün 120,61 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

"Trading Economics"in məlumatına görə, neftin qiyməti cümə axşamı bir barel üçün 102 dollardan aşağı düşüb.
"Bu, investorların Yaxın Şərq münaqişəsinin daha da kəskinləşməsinin qarşısını almağa yönəlmiş yeni diplomatik səyləri qiymətləndirməsi fonunda əvvəlki sessiyada əldə olunan artımın bir hissəsinin itirilməsi ilə nəticələnib.

Məlumatlara görə, ABŞ-nin vitse-prezidenti JD Vens İranın milli təhlükəsizlik rəsmisi Möhsün Rzayi ilə əlaqə saxlayıb. Prezident Donald Tramp isə vasitəçilər vasitəsilə danışıqların aparıldığını təsdiqləyib, lakin onların nəticəsinin qeyri-müəyyən olduğunu bildirib. İranın xarici işlər naziri Abbas Əraqçi də Tehranın diplomatik həll yollarına açıq olduğunu bir daha vurğulayıb.

Qiymətlərin geriləməsinə baxmayaraq, WTI markalı xam neft bu ay 14%-dən çox bahalaşıb. Buna Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi husilər arasında toqquşmaların intensivləşməsi, eləcə də Hörmüz boğazından keçən gəmiçilik marşrutlarına qarşı davam edən təhdidlər dəstək verib.

Bununla belə, regiondan enerji tədarükü hazırda müharibədən əvvəlki səviyyələrə yaxınlaşıb", - məlumatda qeyd edilib.

Mövzuya görə xəbərlər