Son dəqiqə

neft Azeri Light

Azərbaycan nefti ucuzlaşıb

Bakı. TurkicWorld:

Azərbaycanın "Azeri Light" markalı neftini qinyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 12,69 ABŞ dolları və ya 12,3% ucuzlaşaraq 90,34 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 12,77 dollar və ya 12,9% ucuzlaşaraq 86,33 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 13,63 dollar və ya 20,4% azalaraq 53,14 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 14,9 dollar və ya 14,5% azalaraq 87,94 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq nəzərdə tutulub.

Mövzuya görə xəbərlər