Ceyhan limanı ABŞ İtaliya FOB URALS Azeri Light

Azərbaycan neftinin qiyməti bahalaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,1 ABŞ dolları və ya 0,13% artaraq 73,42 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,1 dollar və ya 0,14% bahalaşaraq 72,07 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,57 dollar və ya 1,01% artaraq 56,96 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,6 dollar və ya 0,83% bahalaşaraq 72,26 dollar/barel təşkil edib.

Martın 18-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər