Bakı, TurkicWorld
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,89 ABŞ dolları və ya 2,62% artaraq 73,85 dollar/barel təşkil edib.
Bu barədə TurkicWorld -ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,87 dollar və ya 2,64% bahalaşaraq 72,58 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,8 dollar və ya 3,27% artaraq 56,74 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,76 dollar və ya 2,5% bahalaşaraq 72,07 dollar/barel təşkil edib.
Martın 8-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.