Son dəqiqə

Fransa BMT İtaliya Livan təhlükəsizlik Cozef Aun Livan Ordusu

Livan Prezidenti Fransa və İtaliyanın yeni təşəbbüsünü alqışladı

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livan Prezidenti Cozef Aun BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin fəaliyyətindən sonrakı dövr üçün Fransa və İtaliyanın irəli sürdüyü beynəlxalq təşəbbüsü yüksək qiymətləndirib.

TurkicWorld xəbər verir ki, Livan Prezidentinin Ofisinin yaydığı məlumata görə, Cozef Aun bu təşəbbüsü Livanın suverenliyi və sabitliyinə güclü beynəlxalq dəstəyin göstəricisi adlandırıb.

Prezident bildirib ki, təşəbbüs beynəlxalq ictimaiyyətin Livanın suverenliyini və sabitliyini dəstəkləmək əzminin səmimi ifadəsidir. O, eyni zamanda Livan Silahlı Qüvvələrinin ölkədə təhlükəsizliyin qorunması və dövlət hakimiyyətinin bütün ərazilərdə, xüsusilə cənub sərhəd bölgələrində bərqərar edilməsində oynadığı rolun yüksək qiymətləndirildiyini vurğulayıb.

Cozef Aun əlavə edib ki, layihə Livanın dəyişməz mövqeyi ilə tam uyğun gəlir. Onun sözlərinə görə, ölkənin cənubunda təhlükəsizliyin yeganə təminatçısı Livan ordusu olmalıdır.

Mövzuya görə xəbərlər