İşğaldan azad edilmiş ərazilər enerji sahəsində böyük əməkdaşlıq potensialına malikdir - Elnur Soltanov

İşğaldan azad edilmiş ərazilər enerji sahəsində böyük əməkdaşlıq potensialına malikdir - Elnur Soltanov

Bakı. TurkicWorld:

Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər, Xəzər regionu və Naxçıvan enerji sahəsində böyük əməkdaşlıq potensialına malikdir.

"Biz ABŞ-dan olan həmkarlarımıza məhz bu üç prioritet istiqamətlərdə əməkdaşlıq qurmağı və genişləndirməyi təklif etdik", - o deyib.

Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ "Yaşıl enerji" forumu keçirilir.

Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.

Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, "yaşıl enerji"nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.