SOFAZ-ın "Azəri-Çıraq-Günəşli"dən əldə olunan gəlirləri artıb

SOFAZ-ın "Azəri-Çıraq-Günəşli"dən əldə olunan gəlirləri artıb

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqları blokundan 1 yanvar 2023-cü ildən 1 mart 2023-cü ilədək əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 1,307 milyard dollarla müqayisədə 1,324 milyard dollar təşkil edib.

TurkicWorld bu barədə ARDNF-yə istinadən xəbər verir.

Beləliklə, bu göstərici illik hesablamada 1,3 faiz artıb.

2022-ci il ərzində Fondun blokdan əldə etdiyi gəlir 9,889 milyard dollar təşkil edib.

Qeyd edək ki, AÇG yataqlar blokunda istismara verildiyi vaxtdan etibarən 570 milyon ton neft və 205 milyard kubmetr təbii qaz hasil olunub.

bp-nin məlumatlarına əsasən, 2022-ci il üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 200), Mərkəzi Azəri (104 100), Qərbi Azəri (106 400), Şərqi Azəri (64 000), Dərinsulu Günəşli (76 300) və Qərbi Çıraq (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.

AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Twitter: @Lyaman_Zeyn