Son dəqiqə

Azərbaycan Pərviz Şahbazov Pakistan

Energetika Nazirliyində Pakistanın yüksək səviyyəli nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. TurkicWorld:

Azərbaycan və Pakistan enerji əməkdaşlığının inkişafını müzakirə edib.

TurkicWorld xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycana dost ölkə Pakistanın neft üzrə dövlət naziri Musadik Malik, İnvestisiya Şurası naziri Salik Hussain, həmçinin sənayelər və istehsal üzrə naziri Murtaza Mahmud ilə enerji əməkdaşlığımızın inkişafını müzakirə etdik", - deyə P. Şahbazov qeyd edib.

Mövzuya görə xəbərlər