BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
BP "Şəfəq-Asiman" qaz yatağı ilə bağlı növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki, bunu BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, BP "Şəfəq-Asiman" qaz yatağı ilə bağlı növbəti mərhələdə kəşfiyyat işlərini davam etdirmək niyyətindədir:
"Həmin yataqda planlama mərhələsindəyik. Yəni kəşfiyyat işlərinin hansı qazma qurğusu üzərindən həyata keçirilməsi və digər layihələrlə razılaşdırılması mərhələsindəyik".
"Qazma qurğusu digər layihədən azad olunduqdan sonra həmin qurğu "Şəfəq-Asiman" qaz yatağında istifadə olunacaq", - deyə o vurğulayıb.







