Son dəqiqə

Pərviz Şahbazov İğdır-Naxçıvan təbii qaz kəməri

İğdır-Naxçıvan qaz xətti Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır - Nazir

Bakı. TurkicWorld:

İğdır-Naxçıvan qaz xətti Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Dövlət başçılarının iştirakı ilə bu gün Azərbaycan - Türkiyə əbədi dostluğunun, qardaşlığının və sarsılmaz birliyinin təzahürü olan daha bir tarixi əhəmiyyətli layihə - İğdır-Naxçıvan qaz kəməri istifadəyə verildi. İğdır-Naxçıvan qaz xətti Azərbaycan-Türkiyə strateji enerji tərəfdaşlığında Naxçıvan üzərindən açılan yeni qapıdır. İğdırdan Naxçıvana illik maksimal 730 milyon kubmetr qaz nəql edəcək bu kəmər Naxçıvanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək", - paylaşımda qeyd olunub.

Mövzuya görə xəbərlər